...

İranın Azərbaycanın efir məkanını pozmasının qarşısı alınacaqmı?

Cəmiyyət Materials 25 Noyabr 2015 18:09 (UTC +04:00)
İranın televiziya və radio kanalları yenidən Azərbaycanın efir məkanını pozmağa başlayıb.
İranın Azərbaycanın efir məkanını pozmasının qarşısı alınacaqmı?

Bakı. Elmir Murad - Trend:

İranın televiziya və radio kanalları yenidən Azərbaycanın efir məkanını pozmağa başlayıb. Bunu Trend-ə açıqlamasında Milli Televiziya və Radio Şurasının texniki şöbəsinin müdiri İsa Məmmədov deyib.

Onun sözlərinə görə, efir məkanının pozulmasının qarşısını texniki avadanlıqlarla almaq mümkün deyil. Ona görə də bu məsələ razılıq şəklində həll olunmalıdır: "Bu məqsədlə İran tərəfi ilə danışıqlar aparılır. İran radiovericilərin gücünü azaldarsa, Azərbaycanın efir məkanını pozmaya bilər".

İ.Məmmədov əlavə edib ki, İranla yanaşı, digər qonşu dövlətlərin televiziya və radio kanalları da Azərbaycanın efir məkanına müdaxilə edir: "Məlum səbəblərdən Ermənistan tərəfi ilə danışıqlar apara bilmirik. Amma qərb bölgəsində Gürcüstan telekanallarının ara-sıra efir məkanımızı pozmasının qarşısını almaq məqsədilə qonşu dövlətin rəsmiləri ilə də danışıqlar aparılır".

Qeyd edək ki, Aran, qərb və cənub bölgələrində qonşu dövlətlərin teleradio kanalları gözlənilmədən Azərbaycanın efir məkanına daxil olur. Bu isə Azərbaycan teleradio kanallarının yerli tezliklərdə yayım keyfiyyətini aşağı salır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti