...

"İstedadların hazırlığı laboratoriyası” layihəsi lll Respublika Olimpiadasının qalibləri mükafatlandırılacaq

Cəmiyyət Materials 26 Noyabr 2015 14:55 (UTC +04:00)
"İstedadların hazırlığı laboratoriyası” layihəsi lll Respublika Olimpiadasının qalibləri mükafatlandırılacaq.
"İstedadların hazırlığı laboratoriyası” layihəsi lll Respublika Olimpiadasının qalibləri mükafatlandırılacaq

Bakı. Trend:

"İstedadların hazırlığı laboratoriyası" layihəsi lll Respublika Olimpiadasının qalibləri mükafatlandırılacaq.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, nazirlik tərəfindən 2013-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq "İstedadların hazırlığı laboratoriyası" layihəsi çərçivəsində Respublika olimpiadaları keçirilir.

Layihənin əsas məqsədi - 14-16 yaşlı gənclər arasında fundamental və təbii elmlərə marağı artırmaq, yeni ünsiyyət mühitini yaratmaq, onların bu sahədə nailiyyətlər əldə etmək imkanlarını artırmaqdır.
Gənclər arasında elmi - texniki sahəni inkişaf etdirmək, həmçinin də müasir ölkəmizdə yüksək intellektual potensiala malik olan yeni nəslin formalaşdırılması vacib məsələlərdən biridir.

İstedadlı gəncləri üzə çıxarmaq, onlara dəstək göstərmək, bacarıqlarının inkişafı üçün şərait yaratmaq, cəmiyyətə təqdim etmək və biliklərinin nüfuzunu artırmaq - "İstedadların hazırlığı labotatoriyasının" əsas məqsədidir.

Bu məqsədlə İKT vasitəsilə yeniyetmələrin ən geniş kütləsi bilik yarışmasına cəlb edilir, yüksək nəticələr qiymətləndirilir, onların müəllifləri cəmiyyətdə təbliq edilir, geniş və şəffaf rəqabət mühiti yaradılır. Yüksək bilik və elmə həvəs göstərənlər distant təhsilə cəlb edilir.

"İstedadların hazırlığı laboratoriyası" təcrübi xarakter daşıyır və bu sahədə bütövlüklə yeni milli modeldir. Qoyduğu məqsədlərə, istifadə etdikləri fərqli mexanizmlərə, birləşdirdiyi mütəxəssis və peşəkarların tərkibinə görə, eləcə də əsasən İKT vasitəsilə həyata keçirildiyinə görə bu layihə unikaldır. Keçirilən sınaqlar (on-line olimpiadalar) yeniyetmələrin bu və ya digər fənn üzrə biliklərini yox, qeyri-standart düşünmə bacarıqlarını, orijinal məsələlərin həlli üçün məntiqin inkişafını qiymətləndirməyə imkan verir.

Layihə hazırda aşağıdakı mərhələlərdən ibarətdir: iştirakçıların məlumatlandırılması və könüllü qeydiyyatı; 3 fənn -riyaziyyat, fizika və kimya üzrə bir neçə on-line sınaqların keçirilməsi; qaliblərin yarımfinal və final yarışması; qiymətləndirmə və istedadlıların distant təhsilə cəlb edilməsi, ildə 4 dəfə tətil boyu təlim məktəblərinin keçirilməsi.

12, 19 və 26 aprel 2015-ci il tarixlərdə lll Respublika olimpiadası çərçivəsində müvafiq olaraq l, ll və lll on-line mərhələlər keçirilmişdir.

27 noyabr 2015-ci il tarixdə saat 12.00-da "Park İnn" otelin"Dan Ulduzu" zalında "İstedadların hazırlığı laboratoriyası" çərçivəsində lll Respublika Olimpiadasının final və mükafatlandırma mərasimi keçiriləcəkdir.

Layihə www.istedad.az veb saytı vasitəsilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti