...

Cahangir Hacıyev ev dustağı edilmədi

Cəmiyyət Materials 21 Dekabr 2015 16:43 (UTC +04:00)
Cahangir Hacıyevin ev dustağı edilməsi barədə təqdim etdiyi ərizənin rədd edilməsi ilə bağlı Nərimanov rayon məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.
Cahangir Hacıyev ev dustağı edilmədi

Bakı. Samir Məmmədov - Trend:

Bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin ev dustağı edilməsi barədə təqdim etdiyi ərizənin rədd edilməsi ilə bağlı Nərimanov rayon məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.

Bu barədə Trend-ə Cahangir Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib.

Qeyd edək ki, prosesə dekabrın 18-də baxılmalı olsa da, C.Hacıyev qeyri-müəyyən səbəblərdən prosesə gəlmədiyindən şikayətin araşdırılması təxirə salınmışdı.

Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178-ci (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə),179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 309 (Vəzifə səlahiyyətlərini aşma) və 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti