...

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsindən azad edildi

Cəmiyyət Materials 25 Dekabr 2015 13:00 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev vəzifəsindən azad edilib.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsindən azad edildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev vəzifəsindən azad edilib.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən kollegiya iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir Nizami Kino Mərkəzinin direktoru Vüqar Zeynalovun idarəyə rəis təyin edildiyini açıqlayıb.

Ə.Qarayev Ə.Əliyevin öz ərizəsi ilə işdən azad edildiyini söyləyib.

Qeyd edək ki, V.Zeynalov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur.

1998-2002-ci ilə qədər özəl şirkətdə hüquqşünas vəzifəsində çalışıb.
2002-ci il avqustun 20-dən 2004-cü il aprelin 8-dək Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində baş mütəxəssis vəzifəsində işləyib. 2004-cü il aprelin 9-dan 2009-cu il sentyabrın 30-dək Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya" kitab mərkəzində direktor vəzifəsində çalışıb.

V.Zeynalov 2009-cu il oktyabrın 1-dən dekabrın 1-dək Azərbaycan Dövlət İncəsənət Muzeyində Muzey işində innovasiyaların tədbiqi şöbəsinin müdiri olub. 2009-cu il dekabrın 2-dən 2010-cu il iyunun 7-dək Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktor müavini olub.

2010-ci il noyabrın 24-dən 2012-ci il dekabrın 28-dək Azərbaycan Diplomatiya Akademiyasının ADA kitab mərkəzində direktor vəzifəsində çalışıb.

2012-ci il dekabrın 29-dən isə Nizami Kino Mərkəzinin direktoru vəzifəsində çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti