...

Taleh Bağırovun vəkili təxirə salınan məhkəmənin vaxtını açıqladı

Cəmiyyət Materials 7 Yanvar 2016 18:05 (UTC +04:00)

Bakı. Trend:

Noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs edilən Taleh Bağırovun Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayət üzrə məhkəmə prosesi yanvarın 14-də keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə T.Bağırovla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində görüşdən sonra vəkili Cavad Cavadov bildirib. Vəkilin sözlərinə görə, yanvarın 6-da təxirə salınan məhkəmə prosesi yanvarın 14-də saat 15:00-a təyin edilib.

Məhkəmə prosesi hakim Babək Pənahovun sədrliyi ilə keçəcək.

Xatırladaq ki, noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində "Müsəlman birliyi" adı altında qanunuz fəaliyyət göstərən təşkilatın rəhbəri T.Bağırov və qurumun 13 üzvü saxlanılıb.

Saxlanılan şəxlər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və saxlanılan həmin 14 nəfərə qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti