...

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 6,84 faiz artıb

Cəmiyyət Materials 12 Yanvar 2016 10:37 (UTC +04:00)

Bakı. Trend:

2016-cı il yanvar ayının 1-nə olan statistikaya əsasən, 2015-ci il ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 203 836 sığortaolunana fərdi şəxsi hesab açılıb. 2015-ci ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 6,84 faiz artıb. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 180 154 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,2 faizi (1 882 800 nəfər) kişi, 40,8 faizi (1 297 354 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25,08 faizini (797 700 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,15 faizini (672 670 nəfər) 30 yaşa kimi olan şəxslər, 21,14 faizini (672 132 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 20,43 faizini (649 690 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 12,20 faizini (387 962) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Fərdi uçot-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti