Bakı. Trend:
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov yanvar ayının 22-də Ağdaş rayonunda sakinlərlə görüşəcək. Trend-in məlumatına görə, nazir Ağdaş, Göyçay, Zərdab, Kürdəmir və Ucar rayonlarının sakinləri ilə görüşəcək. Görüşdə iştirak etmək istəyən vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçə bilərlər.