...

Rüfət Səfərov ev dustaqlığına buraxıldı

Cəmiyyət Materials 22 Yanvar 2016 15:48 (UTC +04:00)
Bu gün Binəqədi rayon məhkəməsində Zərdab rayon prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun şikayətinə baxılıb.
Rüfət Səfərov ev dustaqlığına buraxıldı

Bakı. Trend:

Bu gün Binəqədi rayon məhkəməsində Zərdab rayon prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun şikayətinə baxılıb.

R.Səfərovun vəkili Bəhruz Bayramovun Trend-ə verdiyi məlumata görə, şikayət Binəqədi rayon məhkəməsinin müvəkkili barəsində çıxardığı həbs qərarının dəyişdirilməsi ilə bağlı olub. Vəkil bildirib ki, hakim Ramazan Qocayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində R.Səfərov barəsində həbs qətimkan tədbiri dəyişdirilərək, haqqında ev dustaqlığı barədə qərar çıxarılıb.

Qeyd edək ki, Zərdab rayon prokurorluğunda müstəntiq işləmiş R.Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) - təkrar törədildikdə) cinayət işi başlanıb.

Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdi.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti