...

Fuad Qəhrəmanlının həbsindən apelyasiya şikayəti verildi

Cəmiyyət Materials 28 Yanvar 2016 11:35
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində Nəsimi rayon Məhkəməsinin çıxardığı həbs qərarının dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti verilib.
Fuad Qəhrəmanlının həbsindən apelyasiya şikayəti verildi

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində Nəsimi rayon Məhkəməsinin çıxardığı həbs qərarının dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti verilib. Bu barədə Trend-ə F.Qəhrəmanlının vəkili Nemət Kərimov məlumat verib.

Vəkil bildirib ki, şikayət həbs qərarının ev dustaqlığı ilə əvəz edilməsi barədədir: "Biz Nəsimi rayon Məhkəməsinə müraciət etmişdik ki, Fuad Qəhrəmanlı barəsində seçilmiş həbs-qətimkan tədbiri istintaq müddətində ev dustaqlığı ilə əvəz edilsin. Səbəb isə Fuad Qəhrəmanlının səhhətində problemlərin olmasını göstərmişdik. Fuad şəkər xəstəliyindən əziyyət çəkir. Ona görə də onun istintaq müddətində ev şəraitində müalicəsini istəmişdik. Məhkəmə müraciəti təmin etmədi. İndi həmin qərardan Bakı Apelyasiya Məhkəməsinə şikayət etmişik".

Qeyd edək ki, F.Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

F.Qəhrəmanlı isə bu ittihamlarla razılaşmayaraq sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti