...

Nazir: Dünyadakı iqtisadi böhrana görə, bu il Azərbaycana gələn turistlərin sayında böyük artım gözləmirik

Cəmiyyət Materials 29 Yanvar 2016 12:00 (UTC +04:00)
Dünyada baş verən iqtisadi böhran vəziyyətini nəzərə alaraq, bu il Azərbaycana gələn turistlərin sayında böyük artımın baş verəcəyini gözləmirik.
Nazir: Dünyadakı iqtisadi böhrana görə, bu il Azərbaycana gələn turistlərin sayında böyük artım gözləmirik

Bakı. İlhamə İsabalayeva - Trend:

Dünyada baş verən iqtisadi böhran vəziyyətini nəzərə alaraq, bu il Azərbaycana gələn turistlərin sayında böyük artımın baş verəcəyini gözləmirik.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu il və növbəti il ərzində nazirliyin əsas məqsədi stabil rəqəmləri saxlamaqla, əsas fəaliyyət istiqamətini daxili turizmin inkişafına yönəltməkdir: "Qonşu ölkələrin iqtisadi vəziyyəti düzələndən sonra turistlərin sayında artımın baş verəcəyini gözləyəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti