...

Nazirə müraciətlərin bir çoxu yerindəcə həllini tapıb

Cəmiyyət Materials 29 Yanvar 2016 16:06 (UTC +04:00)
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naftalan şəhərində vətəndaşları qəbul edib.
Nazirə müraciətlərin bir çoxu yerindəcə həllini tapıb

Bakı. Trend:

Yanvarın 29-da Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naftalan şəhərində Naftalan və Mingəçevir şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir tərəfindən qəbul edilən 24 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 233, digər məsələlərlə bağlı müraciət etmiş 82 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti