...

ETSN: “Günəşli”dəki qəzadan sonra dəniz ekosistemində ciddi ekoloji pozuntu aşkar edilməyib

Cəmiyyət Materials 5 Fevral 2016 14:50 (UTC +04:00)
“Günəşli” yatağının 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəzadan sonra aparılan təhlillərin nəticəsinə görə dəniz ekosistemində ciddi ekoloji pozuntu halı aşkar edilməyib.
ETSN: “Günəşli”dəki  qəzadan sonra dəniz ekosistemində ciddi ekoloji pozuntu aşkar edilməyib

Bakı. İlhamə İsabalayeva - Trend:

"Günəşli" yatağının 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəzadan sonra aparılan təhlillərin nəticəsinə görə dəniz ekosistemində ciddi ekoloji pozuntu halı aşkar edilməyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 4 dekabr 2015-ci il tarixində "Günəşli" yatağının 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində dəniz ətraf mühitinə göstərə biləcək ekoloji təsirləri müşahidə etmək məqsədi ilə həmin ərazidə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssislərinin iştirakı ilə monitorinqlər keçirilib. Keçirilən monitorinqlər zamanı sözügedən özül ətrafından müxtəlif nöqtələrdən (koordinatlar üzrə) dəniz suyu nümunələri götürülüb. Həmin nümunələr üzərində analitik, ekotoksikoloji və mikrobioloji təhlillər aparılıb. Aparılan təhlillərin nəticəsinə görə dəniz ekosistemində ciddi ekoloji pozuntu halı aşkar edilməyib. Qəza baş vermiş ərazidə dəniz ətraf mühitinə göstərə biləcək ekoloji təsirləri müşahidə etmək məqsədi ilə monitorinqlərin keçirilməsi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti