...

Beytulla Hüseynovun həbs müddəti uzadıldı

Cəmiyyət Materials 17 Fevral 2016 13:46
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin həbsdə olan sabiq rəhbəri Beytulla Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Beytulla Hüseynovun həbs müddəti uzadıldı

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin həbsdə olan sabiq rəhbəri Beytulla Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Trend-in məlumatına görə, Səbail rayon Məhkəməsinin qərarı ilə B.Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti istintaq hərəkətləri ilə əlaqədar olaraq daha 3 ay artırılıb.

Qeyd edək ki, B.Hüseynov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti