...

"Azərbaycan" İntellektual Oyunlar Klubundan 8 mart - Qadınlar günü ilə bağlı yenilik

Cəmiyyət Materials 10 Mart 2016 17:43 (UTC +04:00)
“Azərbaycan” İntellektual Oyunlar Klubunun aktivləri 8 mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar NHN və Brain-ring formatlarında oyunlarından ibarət "Who run the world?" adlı intellektual turnirin ideya müəllifi və təşkilatçısı olmuşlar.
"Azərbaycan" İntellektual Oyunlar Klubundan 8 mart - Qadınlar günü ilə bağlı yenilik

Bakı. Trend:

"Azərbaycan" İntellektual Oyunlar Klubunun aktivləri 8 mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar NHN və Brain-ring formatlarında oyunlarından ibarət "Who run the world?" adlı intellektual turnirin ideya müəllifi və təşkilatçısı olmuşlar.

Turnir çərçivəsində NHN və Brain-ring formatlarında oyunlar keçirilib.

Turnirin sual müəllifləri klubun aktix xanımları olan Həyat Quliyeva, Ləman Sadıqlı, Mehriban Əliyeva, Maya Hacızadə, Zərifə Orucova, Ülkər Mehdiyeva və Güldənə Hidayətlidir.

Turnirin ümumi nəticəsinə görə I yerə "Tənha Ovçular" komandası, II yerə "Men Run the World", III yerə isə " Nevada" komandası sahibləndi. Qalib komanda xüsusi mükafatla təltif olunub.

Breyn rinq turnirinin qalibləri də eyni zamanda "Tənha Ovçular" komandası olub.

"Azərbaycan" İntellektual Oyunlar Klubu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Avrasiya Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Qafqaz Universiteti Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Universiteti, Edinburq Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Kompyuter Kollecində oyunlar təşkil edir.

Eyni zamanda, həftənin bazar günləri AİOK-un təşkilatçılığı ilə Azərbaycan və rus dillərində "Nə? Harada? Nə zaman?", "Fərdi Oyun" və "Breyn Rinq" formatında oyunlar keçirilir. Oyunlarda tələbələrarası çempionatlarda aktivlik göstərən ali müəssisələrini təmsil edən komandalar, intellektual hərəkatda aktiv olan tələbə gənclər və ümumi intellektuallar iştirak edir. Klub iki dildə oyunlar təşkil edən yeganə intellektual klubdur.

İnformasiya dəstəyi - Trend, Day.az, Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti