...

SN: Azərbaycan dağınıq skleroz xəstəliyinə görə orta risk qrupuna daxil olan ölkədir

Cəmiyyət Materials 16 Mart 2016 12:06 (UTC +04:00)
Azərbaycan dağınıq skleroz xəstəliyinə görə orta risk qrupuna daxil olan ölkədir.
SN: Azərbaycan dağınıq skleroz xəstəliyinə görə orta risk qrupuna daxil olan ölkədir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan dağınıq skleroz xəstəliyinə görə orta risk qrupuna daxil olan ölkədir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin dağınıq skleroz xəstəliyinə həsr etdiyi tədbirdə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitunun nevrologiya kafedrasının dosenti, "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı"nın komissiyasının üzvü Rövşən Həsənov bildirib.

R.Həsənov deyib ki, dünyanın bəzi ölkələrində dağınıq skleroz xəstəliyi əhalinin hər 100 min nəfərinin 10-50-də, bəzi ölkələrində isə 100-də rast gəlinir.

Respublika Klinik Xəstəxanasının baş həkim müavini Mahir Babayev isə bildirib ki, dağınıq skreloz Azərbaycanda da səhiyyənin əsas problemlərindən biridir: "Xəstəliklə bağlı ölkədə dövlət proqramının qəbul olunması xəstələrin dövlət tibb müəssisələrində müayinə və müalicəsini keyfiyyətinin artırılması, onların dərman preparatları ilə təmin olunması üçün lazımi şərait yaradıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti