...

31 mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı tədbirlər keçiriləcək

Cəmiyyət Materials 29 Mart 2016 14:37 (UTC +04:00)
31 mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi bir sıra tədbirlərin keçirilməsini planlaşdırıb.
31 mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı tədbirlər keçiriləcək

Bakı. Trend:

31 mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi bir sıra tədbirlərin keçirilməsini planlaşdırıb.

Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı tabeliyində olan müəsssisələrdə kəçiriləcək tədbirlər planı tərtib edib.

Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.

İdarənin mədəniyyət evləri, uşaq musiqi və incəsənət məktəbləri, kitabxanalar, muzey və mərkəzlərdə sərgilər, anım gecələri, dəyirmi masalar, kompozisiyalar, ədəbi-bədii gecələr, məlumat saatları və mühazirələr keçiriləcək.

Tədbirlərin keçirilmə tarixi və saatı ilə bağlı ətraflı məlumatı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (www.baku-art.az) saytından əldə edə bilərsiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti