...

Nazirlik: Azərbaycana gəlmək istəyən bütün xarici turistlərin təhlükəsiz istirahəti üçün şərait var

Cəmiyyət Materials 5 Aprel 2016 16:20 (UTC +04:00)
Qarşıdan gələn yay turizm mövsümü ilə bağlı ölkəmizin geniş turizm imkanları ilə tanış olmaq və istirahətini təşkil etmək məqsədilə çoxsaylı turistlərin Azərbaycana səfəri planlaşdırılır.
Nazirlik: Azərbaycana gəlmək istəyən bütün xarici turistlərin təhlükəsiz istirahəti üçün şərait var

Bakı. İlhamə İsabalayeva - Trend:

Qarşıdan gələn yay turizm mövsümü ilə bağlı ölkəmizin geniş turizm imkanları ilə tanış olmaq və istirahətini təşkil etmək məqsədilə çoxsaylı turistlərin Azərbaycana səfəri planlaşdırılır.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov Trend-ə bildirib ki, turizm məqsədilə Azərbaycana səfər etmək istəyən bütün xarici turistlərin rahat, təhlükəsiz istirahəti üçün hər cür şərait var. Turistlərin sayının artırılması üçün həm nazirlik, həm də turizm sənayesi tərəfindən əlavə tədbirlər həyata keçirilir.

V.Şixəmmmədovun sözlərinə görə, ölkəmizə xarici turistlərin daha rahat şəkildə səfər etmələri üçün elektron turist vizalarının verilməsi sahəsində də müvafiq işlər həyata keçirilir. İndi dünyanın istənilən ölkəsindən olan xarici vətəndaşlar bu turist vizalarını ən geci 5 gün ərzində elektron qaydada əldə edirlər. Eyni zamanda Azərbaycan turizminin marketinq strategiyasına uyğun olaraq, turistlərin cəlb olunması baxımından prioritet hesab olunan ölkələrin vətəndaşları üçün hava limanlarında sadələşdirilmiş qaydada viza verilir və ölkələrin coğrafiyasının genişləndirilməsi prosesinin davam etdirilməsi nəzərdə tutulur: "Ölkəmizdə olan mövcud potensial, həyata keçirilən layihələr, görülən işlər Azərbaycanın turizm sahəsinin gündən-günə inkişafını təmin edərək, tezliklə iqtisadiyyatın ən mühüm sahələrindən birinə çevriləcəyinə əminlik yaradır. Son illər ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması və əldə olunan gəlirlər də bunu deməyə əsas verir. Bu tendensiya 2016-cı ildə də davam edir. Bu ilin əvvəlindən başlayaraq, xüsusilə də Novruz bayramı ərəfəsində ölkəmizə gələn turistlərin sayında xeyli artım müşahidə olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti