...

Mədəniyyət və Turizm Nazirliyi QHT-lər üçün müsabiqə elan edib

Cəmiyyət Materials 8 Aprel 2016 12:59 (UTC +04:00)
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2017-ci il üçün müsabiqə elan edib.
Mədəniyyət və Turizm Nazirliyi QHT-lər üçün müsabiqə elan edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2017-ci il üçün müsabiqə elan edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqə Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq, keçirilir.

Müsabiqədə iştirak etmək istəyən qeyri-hökumət təşkilatları mayın 1-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti