...

Respublika fənn olimpiadalarının qalibləri məlum oldu

Cəmiyyət Materials 19 Aprel 2016 12:13 (UTC +04:00)
Fizika, kimya, riyaziyyat, biologiya və informatika fənləri üzrə respublika fənn olimpiadalarının nəticələrinə əsasən, 16 nəfər şagird birinci, 33 şagird ikinci, 54 şagird üçüncü yeri qazanıb.
Respublika fənn olimpiadalarının qalibləri məlum oldu

Bakı. İlhamə İsabalayeva - Trend:

Fizika, kimya, riyaziyyat, biologiya və informatika fənləri üzrə respublika fənn olimpiadalarının nəticələrinə əsasən, 16 nəfər şagird birinci, 33 şagird ikinci, 54 şagird üçüncü yeri qazanıb.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Naxçıvan MR-in şagirdlərinin nəticələri və İnformatika fənni üzrə ümumi nəticələr aprelin 19-da elan olunacaq.

E.Əmrullayev bildirib ki, respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi yanvarın 17-də keçirilib.

Birinci mərhələdə riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə 27 500 IX, X və XI sinif şagirdi iştirak edib.

Olimpiadanın yarımfinal turunda isə 4500-ə yaxın şagird öz bilik və bacarığını nümayiş etdirib. Fənn olimpiadalarının final mərhələsində dəqiq fənlər üzrə 271 şagird iştirak edib.

Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi isə 22-24 aprel 2016-cı il tarixlərində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə keçiriləcək. Bu fənlər üzrə 415 şagird öz bilik və bacarığını nümayiş etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti