...

Futbol çempionatı və Formula-1 yarışları üçün Bakıya 100 müasir təcili tibbi yardım avtomobili gətirilib

Cəmiyyət Materials 21 Aprel 2016 12:18 (UTC +04:00)
Bu il Bakıda keçiriləcək yeniyetmələr arasında beynəlxalq futbol çempionatı və Formula - 1 yarışlarında idmançılara, xarici ölkələrdən gələn azarkeşlərə və tamaşaçılara ilkin tibbi yardım xidmətini daha yüksək səviyyədə göstərmək üçün Bakıya 100 yeni müasir avadanlıqlarla təchiz olunan təcili tibbi yardım avtomobil gətirilib.
Futbol çempionatı və Formula-1 yarışları üçün Bakıya 100 müasir təcili tibbi yardım avtomobili gətirilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il Bakıda keçiriləcək yeniyetmələr arasında beynəlxalq futbol çempionatı və Formula - 1 yarışlarında idmançılara, xarici ölkələrdən gələn azarkeşlərə və tamaşaçılara ilkin tibbi yardım xidmətini daha yüksək səviyyədə göstərmək üçün Bakıya 100 yeni müasir avadanlıqlarla təchiz olunan təcili tibbi yardım avtomobil gətirilib.

Trend-in məlumatına görə, bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bu gün keçirdikləri tədbirdə deyib.

R.Nağıyev qeyd edib ki, bununla yanaşı, həmin tədbirlərlə əlaqədar Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının tibbi heyətinin hazırlıq məşğələlərinin keçirilməsi nəzərdə tutulub.

Yarışlarda təcili tibbi yardım xidmətinin təşkili üçün kifayət qədər həkim briqadasının olduğunu deyən baş həkim bildirib ki, ehtiyac olarsa, əlavə həkim briqadaları da bu işə cəlb edilə bilər: ""Bakı-2015" Avropa Oyunlarında stansiya bölmələrinin 200-ə yaxın seçilmiş həkimi təlim kurslarına cəlb olunub. Bu il keçiriləcək beynəlxalq yarışlarda da həmin heyət yenidən təlimlərə cəlb ediləcək, onların xidmətlərindən istifadə olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti