...

Nazirlik: Turizm fondlarının yaradılması sahibkarlara kömək olacaq

Cəmiyyət Materials 2 May 2016 09:42 (UTC +04:00)
Azərbaycanda turizm fondlarının yaradılması regionlarda irihəcmli infrastruktur layihələrinin icrasında sahibkarlara kömək olacaq.
Nazirlik: Turizm fondlarının yaradılması sahibkarlara kömək olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda turizm fondlarının yaradılması regionlarda irihəcmli infrastruktur layihələrinin icrasında sahibkarlara kömək olacaq. Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov deyib.

Onun sözlərinə görə, regionlarda bütün seqmentlərdə iri infrastrukturların yaradılması, turizm məhsulunun formalaşdırılması istiqamətində aparılan işlərin dövlət, eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənməsi üçün belə bir fondların yaradılmasına ehtiyac var.

Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda bu günədək Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilən vəsaitlərin və digər formada xarici investisiyaların həcmi turizm sahəsində nəzərdə tutulan məsələlərin həllinə nail olmağa kifayət etmir: "Ona görə də turizm fondlarının və daha cevik maliyyə mexanizmlərinin yaradılması, bu mexanizmlərin dövlət tərəfindən tənzimlənməsi lazımdır".

Qeyd edək ki, "Turizm haqqında" yeni qanun layihəsinə turizm fondlarının yaradılması məsələsi daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti