...

“Parlaq Zəka” intellektual oyunu üzrə məktəblilərarası ikinci çempionatı başlayır (FOTO)

Cəmiyyət Materials 17 May 2016 17:53 (UTC +04:00)
“Azərbaycan” İntellektual Oyunlar Klubu Azərbaycan Prezidenti yanında Gənclər Fondu və, Təhsil Nazirliyinin dəstəyi ilə “Parlaq Zəka” intellektual oyunu üzrə məktəblilərarası ikinci çempionat layihəsi keçiriləcək. AzGF-nun 8-ci qrant müsabiqəsinin qalibi olan layihə Bakı şəhərinin rayon məktəbləri arasında keçiriləcək.
“Parlaq Zəka” intellektual oyunu üzrə məktəblilərarası ikinci çempionatı başlayır (FOTO)

Bakı. Trend:

"Azərbaycan" İntellektual Oyunlar Klubu Azərbaycan Prezidenti yanında Gənclər Fondu və, Təhsil Nazirliyinin dəstəyi ilə "Parlaq Zəka" intellektual oyunu üzrə məktəblilərarası ikinci çempionat layihəsi keçiriləcək. AzGF-nun 8-ci qrant müsabiqəsinin qalibi olan layihə Bakı şəhərinin rayon məktəbləri arasında keçiriləcək.

Trend-in məlumatına görə, çempionatda Xətai, Pirallahı, Nəsimi, Səbail, Yasamal, Qaradağ, Binəqədi, Nərimanov rayonları iştirak edəcək.

"Azərbaycan" İntellektual Oyunlar Klubunun prezidenti və layihənin rəhbəri Aydın Piriyevin sözlərinə görə, redaktorlar komandası artıq mövzular üzrə hazırlıqlarını yekunlaşdırıblar: "Azərbaycan gəncliyinin inkişafına töhfəmizi vermək, onların dünyagörüşünü zənginləşdirmək, müvafiq ali təhsil müəssisəsinə qəbul olunmasına və peşəkar bilik və bacarıqlarının artmasına köməklik göstərməyi özünə məqsəd bilərək 3 il öncə Azərbaycanda "Umnitsi i umniki" intellektual oyununun Azərbaycan analoqunun konsepsiyası əsasında "Parlaq Zəka" adı ilə verilişimiz yarandı. Tamaşaçılar arasında populyarlıq qazanan bu layihə elə ilk ilindəcə "İlin ən yaxşı intellektual oyunu" mükafatını qazandı. Məktəblilərdə bu oyun formatına marağı və gələcəkdə tələbə olarkən bu verilişdə iştirakını təmin etmək üçün düşündük ki, niyə də belə bir çempionat keçirməyək.
Keçən il Azərbaycan Prezidenti yanında Gənclər Fondunun qalib olduğumuz 6-cı qrant müsabiqəsi çərçivəsində Bakı şəhərini əhatə edən 5 rayon arasında bu çempionatı reallaşdırdıq. Bu il isə qalib olduğumuz 8-ci qrant çərçivəsində 8 rayon arasında bu çempionatı reallaşdırmaq niyyətindəyik".

Layihə Bakının 8 rayonunu əhatə edəcək məktəblər arasında keçiriləcək. Oyun humanitar-ictimai profil üzrə tarix, ədəbiyyat, mədəniyyət, incəsənət üzrə bilikləri əhatə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti