...

İşsiz himayədarların məşğulluq potensialları araşdırılacaq

Cəmiyyət Materials 8 İyun 2016 14:53 (UTC +04:00)
Azərbaycanda ailə qayğısından məhrum olma riski altında olan uşaqların işsiz himayədarların məşğulluq potensialları araşdırılacaq.
İşsiz himayədarların məşğulluq potensialları araşdırılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda ailə qayğısından məhrum olma riski altında olan uşaqların işsiz himayədarların məşğulluq potensialları araşdırılacaq.

Bununla bağlı layihə "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosasiyası İctimai Birliyi tərəfindən həyata keçiriləcək.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosasiyası İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi şurasının maliyyə dəstəyi ilə iyunun 1-dən "Ailə qayğısından məhrum olma riski altında olan uşaqlar arasında maarifləndirmə tədbirlərinin təşkili" layihəsinə start verib.

Layihə ailə qayğısından məhrum olma riski altında olan uşaqlara və onların himayədarlarına xidmət göstərir. Uşaqların öz valideynlərinin himayəsindən məhrum olma riskinin aradan qaldırılması və ailələrin müstəqil surətdə öz uşaqlarının ehtiyaclarının qarşılamağına qadir olmaları üçün Bakı şəhəri Xətai rayonu və ya ona qonşu olan rayon ərzaisində yaşayan, iqtisadi-sosial vəziyyəti qənaətbəxş olmadığından 50 uşağın qayğısına qalmaqda çətinlik çəkən 20 himayədar layihənin göstərdiyi xidmətlərdən bilavasitə yararlanacaqlar.

Layihənin yekunu olaraq 20 nəfər işsiz himayədarın məşğulluq potensialları araşdırılacaq və onlarla peşəyönümlü məsləhətləşmələr aparılacaq, məşğulluq və özünü məşğulluq imkanlarının əldə olunması üçün məlumatlar veriləcək, bilik və bacarıqların və səriştələrin artırılacaq, 10 nəfər işsiz himayədar əmək bazarında münasib işlərlə təmin olunmaları üçün müvafiq qurumlara və xidmət təşkilatlarına yönləndiriləcək, 5 nəfər işsiz himayədar müvafiq peşə və yaxud istisasartırma kurslarına yönləndiriləcək, 15 nəfər işsiz himayədar fərdi kiçik sahibkarlıq və ya özünü məşğulluq fəaliyyətinə başlamaları üçün təlimatlandırılacaqdır.

Qeyd edək ki, "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası İctimai Birliyi əsası 1949-cu ildə Avstriyanın İmst şəhərində Herman Qmayner tərəfindən qoyulmuş "SOS Children's Villages International" humanitar təşkilatının bir üzvüdür. "SOS Children's Villages International" təşkilatı valideyn himayəsindən və qayğısından məhrum olmuş uşaqları irqindən, milli mənsubiyyətindən və dinindən asılı olmayaraq daimi yaşayış yeri, ailə mühiti ilə təmin edir, onları müstəqil həyata hazırlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti