Bakı. İlhamə İsabalayeva - Trend:
Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında 21-26 dərəcə intervalında temperatur müşahidə ediləcək.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, dünən Bakıda və Abşeron yarımadasında hava sərin olsa da, temperatur iqlim normasına uyğun olub.