...

PR mütəxəssislər üçün təlim keçiriləcək

Cəmiyyət Materials 10 İyun 2016 14:34 (UTC +04:00)
PR sahəsində çalışan mütəxəssislər üçün növbəti təlim keçiriləcək.
PR mütəxəssislər üçün təlim keçiriləcək

Bakı. Trend:

14 iyun 2016-cı il tarixində Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası və "Alibayov Kommunikasiya & Konsaltinq" şirkətinin təşkilatçılığı, "Excelsior Hotel Baku" hotelinin dəstəyi ilə PR sahəsində çalışan mütəxəssislər üçün növbəti təlim keçiriləcək.

Təlimdə böhran anları və PR, şirkət məhsulunun effektiv təqdimatı və effektiv PR-ın sirləri mövzularında danışılacaq. Təlimdə iştirak etmək istəyən PR mütəxəssislər [email protected] ünvanına e-mail yazaraq iştiraklarını təsdiq edə bilərlər.

Təlimi bu sahədə böyük təcrübəyə malik olan "Alibayov Kommunikasiya & Konsaltinq" şirkətinin rəhbəri Vəli Əlibəyov aparacaq.

Qeyd edək ki, Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası PR tətbiqi sahəsində yüksək peşəkar və etik standartlara riayət edilməsi, ictimaiyyətlə əlaqələr üzrə yerli mütəxəssislərin keyfiyyətli artımı çərçivəsində müxtəlif tədbirlər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti