...

İsti havada işləməyə məcbur edilənlər, 142-yə zəng edin

Cəmiyyət Materials 20 İyul 2016 14:39 (UTC +04:00)
“Son günlər ərzində işçilərdən isti havada hüquqlarının pozulması ilə bağlı hər hansı şikayət daxil olmayıb”.
İsti havada işləməyə məcbur edilənlər, 142-yə zəng edin

Bakı. Elçin Mehdiyev - Trend:

“Son günlər ərzində işçilərdən isti havada hüquqlarının pozulması ilə bağlı hər hansı şikayət daxil olmayıb”.

Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

E.Babayev qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti isti havalarla bağlı işəgötürənlərə müraciət edərək bildirib ki, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Anomal istilər davam edir: Günəş altında çox olmayın

Anomal istilər davam edir: Günəş altında çox olmayın

O bildirib ki, əgər işçilərin bununla bağlı hüquqları pozularsa, nazirliyin "142 qaynar xətti"nə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti