...

Şəkidə selin fəsadları aradan qaldırılır (FOTO/VİDEO)

Cəmiyyət Materials 26 İyul 2016 17:36 (UTC +04:00)
İyulun 23-ü Şəkinin Kiş çayında baş verən növbəti seldən sonra dağılan alternativ körpü yenidən bərpa olunur.
Şəkidə selin fəsadları aradan qaldırılır (FOTO/VİDEO)

Bakı. Trend:

İyulun 23-ü Şəkinin Kiş çayında baş verən növbəti seldən sonra dağılan alternativ körpü yenidən bərpa olunur.

Trend Region TV-yə istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən ərazidə işə başlanılıb və günün sonuna qədər müvəqqəti körpünün istifadəyə verilməsi nəzərdə tutulur. Əsas körpünün layihəsi isə hələ ki tam hazır deyil.

74 metr uzunluğunda inşa olunacaq 3 aşırımlı körpünün yaxın günlərdə tikintisinə başlanılacağı gözlənilir. Qaz borusunun sıradan çıxması nəticəsində kəndə mavi yanacağın verilişindəki fasilə isə hələ də davam edir.

Kiş yenə körpüsüz qaldı

Kiş yenə körpüsüz qaldı

Yağıntılar davam etdiyindən və çayda yüksək sululuq müşahidə edildiyindən qaz xəttinin bərpa edilməsi işləri ləngiyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti