...

ABŞ şirkəti Bakıda yerləşən gəmisi dəniz təhlükəsizliyinə xidmət etdiyinə görə mükafatlandırıldı (FOTO)

Cəmiyyət Materials 27 İyul 2016 18:43 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı Səfirliyi Bakıdan kənarda fəaliyyət göstərən və dənizdə neft və qaz sənayesini dəstəkləyən "Seacor Cougar"-ın kapitanı və ABŞ SEACOR Dəniz Donanmasının Azərbaycandakı filialı SEACOR AZ MMC-nın direktoruna AMVER mükafatını təqdim edib.
ABŞ şirkəti Bakıda yerləşən gəmisi dəniz təhlükəsizliyinə xidmət etdiyinə görə mükafatlandırıldı (FOTO)

Bakı. Trend:

Bu gün ABŞ-ın Azərbaycandakı Səfirliyinin İqtisadiyyat və Ticarət Şöbələrinin rəhbəri Karter Vilbur Bakıdan kənarda fəaliyyət göstərən və dənizdə neft və qaz sənayesini dəstəkləyən "Seacor Cougar"-ın kapitanı və ABŞ SEACOR Dəniz Donanmasının Azərbaycandakı filialı SEACOR AZ MMC-nın direktoruna AMVER (ABŞ Sahil Mühafizəsi Avtomatlaşdırılmış Qarşılıqlı Yardım Gəmi Xilas Etmə) mükafatını təqdim edib.

Səfirlikdən Trend-ə daxil olan məlumata görə, AMVER gəmi təhlükəsizliyi və xilasetmə proqramı dənizdə çətinliyə düşmüş şəxslər üçün yardım təşkil etmək məqsədilə dünyada istifadə olunan könüllü hesabat şəbəkəsidir. AMVER mükafatları AMVER proqramında iştirak etmək üçün könüllü olan gəmiləri dəyərləndirir.

Təkcə 2015-ci ildə proqram 432 həyatı xilas etməyə kömək edib.

Mükafatlandırma mərasimində K.Vilbur dənizdə həyat və mülkiyyətin təhlükəsizliyinin təşviqatına sədaqətinə görə "Seacor Cougar"-ı tərifləyib və fövqəladə hallarda hazır olmanın əhəmiyyətini vurğulayıb. "Seacor Cougar" Azərbaycanda yeganə 2016 AMVER mükafatı laureatıdır və onun AMVER proqramda könüllü iştirakı ABŞ-Azərbaycan arasında dəniz təhlükəsizliyi sahəsindəki əməkdaşlığın və Xəzər regionunda ABŞ-ın kommersiya fəaliyyətinin nümunəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti