...

Ayaz Mütəllibovun axtarışda olan mətbuat katibi həbs edildi

Cəmiyyət Materials 11 Avqust 2016 10:32 (UTC +04:00)
Sabiq prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi işləmiş Teylor İbrahimov (Fətişoğlu) həbd edilib.
Ayaz Mütəllibovun axtarışda olan mətbuat katibi həbs edildi

Bakı. Samir Əli - Trend:

Sabiq prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi işləmiş Teylor İbrahimov (Fətişoğlu) həbs edilib. Bu barədə Trend-ə Ağdam rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, T.İbrahimov avqustun 9-da Ağdamda həbs edilib. O, Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakının Nərimanov rayon Polis İdarəsinə təhvil verilib.

T.İbrahimov dələduzluqda ittiham olunaraq axtarışa verilibmiş. Onun barəsində CM-nin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti