...

Assosiasiyadan turistlərin aldadılmasına münasibət - saxtakarlıqdır, cəzalandırılmalıdır

Cəmiyyət Materials 12 Avqust 2016 15:46 (UTC +04:00)
Azərbaycan Turizm Assosiasiyası Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin azərbaycanlı turistləri Batumidə aldatması məsələsinə münasibət bildirib.
Assosiasiyadan turistlərin aldadılmasına münasibət -  saxtakarlıqdır, cəzalandırılmalıdır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Turizm Assosiasiyası Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin azərbaycanlı turistləri Batumidə aldatması məsələsinə münasibət bildirib.

Assosiasiya sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə deyib ki, turistləri aldadan şirkət cəzalandırılmalıdır.

O qeyd edib ki, turizm şirkətləri fəaliyyətlərini qanun çərçivəsində həyata keçirməlidirlər: “Hər bir turist turizm şirkətindən səyahət paketi alanda şirkət onunla müqavilə bağlamalıdır və bu müqavilə əsasında şirkətin öhdəlikləri müəyyən olunmalıdır. Turistin otellə təmin olunmaması və s. bu kimi məsələlər turizm şirkəti tərəfindən həll edilməlidir”.

M.Ağakərimov deyib ki, əgər müqavilə varsa, turistlər məhkəmə yolu turizm şirkətindən təzminat ala bilərlər: “Dəfələrlə bildirilib ki, turizm şirkətləri turist ilə müqavilə bağlamalıdır ki, şəxs ölkədən rahat getsin. Əgər turizm şirkəti bunu etməyibsə, bu, turistin günahı deyil. Belə hadisə baş veribsə və əgər turizm şirkətinin təqsiri varsa, həmin şirkətin fəaliyyəti dayandırılmalıdır. Yəni, bu məsələ araşdırılmalıdır. Əgər müqavilə varsa, şirkət turistlərə bütün təzminatı ödəməlidir, əgər yoxdursa, o zaman ortaya sual çıxır - nə üçün yoxdur? 50 nəfər az adam deyil. Əgər həmin turizm şirkəti turistlərlə müqavilə bağlamayıbsa, qayda-qanunlara riayət etməyibsə, mütləq cəzalandırılmalıdır. Turistləri göndərib pulları vaxtında ödənməyibsə, bu, saxtakarlıqdır. İnanmıram ki, burada 50 adamın 50-nin də günahı olsun, burada turizm şirkətinin məsuliyyəti daha çoxdur”.

Baş Konsulluğun Batumidə aldadılan azərbaycanlı turistlərlə bağlı açıqlaması

Baş Konsulluğun Batumidə aldadılan azərbaycanlı turistlərlə bağlı açıqlaması

Turizm şirkətlərinin fəaliyyəti üçün lisenziya sisteminin ləğv edilməsini xatırladan M.Ağakərimov bəzi şirkətlərin bundan sui-istifadə etdiyini bildirib: “Turizm şirkətləri üçün lisenziya sistemi ləğv edilərək onların fəaliyyəti üçün münbit şərait yaradılıb, amma bəzi turizm şirkətləri bundan istifadə edib qeyri-qanuni hərəkətlərə yol verirlərsə, fəaliyyətlərini düzgün qurmurlarsa, bununla bağlı mexanizm işlənib hazırlanmalıdır ki, turizm şirkətləri özbaşınalığa yol verməsin. Turizm şirkətlərinin monitorinqini aparmaq, onların iş üsullarına nəzarət etmək lazımdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti