İlk xəbər saat 17:11-də yayımlanıb.
Azərbaycan güləşçisi Rəsul Çunayev Rio-2016-da artıq yarımfinala yüksəlib. İdmançımız rəqibi Əlcəzair idmançısı Əziz Tarik Benaysa üzərində 10:2 hesabı ilə vaxtından əvvəl qələbə qazanıb.
x x x
Azərbaycan güləşçisi Rəsul Çunayev Rio-2016-da artıq 1/4 finala yüksəlib. O. rusiyalı idmançı İslambəy Əlibəyovu 3:2 hesabı ilə mğlub edib. Növbəti mərhələdə idmançımız əlcəzairli idmançı ilə görüşəcək.
x x x
Bakı. Trend:
Azərbaycan güləşçisi Rəsul Çunayev Rio-2016-da rəqibinə qalib gələrək 1/8 finala çıxıb.
66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ilk görüşünü kubalı Migel Martinez Palasio ilə keçirib. İdmançımız rəqibinə 4:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.
Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır.
Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda - 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı - 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.
Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edir - Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbət güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks).