...

Azərbaycan Rio-2016-da ilk qızıl medalını qazanıb (YENİLƏNİB-3)

Cəmiyyət Materials 21 Avqust 2016 05:30 (UTC +04:00)
Azərbaycan Rio-2016-da ilk qızıl medalını qazanıb.
Azərbaycan Rio-2016-da ilk qızıl medalını qazanıb (YENİLƏNİB-3)

(Təfərrüatlar əlavə olunub. İlk xəbər avqustun 20-si saat 20:00-da yayılıb)

Bakı. Trend

Taekvondoçumuz Radik İsayev finalda Niger təmsilçisi Əbdülrazaka İssufu Alfaqa üzərində qələbə qazanaraq Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Azərbaycan yığmasının hesabında on səkkiz medal var: 1 qızıl, 7 gümüş, 10 bürünc.

Qeyd edək ki, bu, Azərbaycanın Rio-2016-da qazandığı ilk qızıl medaldır.

X X X

01:04

Radik İsayev finala gedən yolda britaniyalı Mahama Ço ilə döyüşüb.

Trend-in məlumatına görə, bu dəfə də inamlı təsir bağışlayan taekvondoçumuz rəqibinə qalib gələrək finala yüksəlib – 4:1.

Finalda onun rəqibi Niger idmançısı İssufu Abdulrazak olacaq.

Qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq Olimpiadada bu idman növü üzrə finalda təmsil olunacaq.

X X X

00:03

¼ final mərhələsində koreyalı Donqmin Ça ilə qarşılaşan Radik İsayev ilk hissədə geridə olub – 1:2.

Trend-in məlumatına görə, ikinci hissədə də rəqibin zərbələri dəqiq olub – 3:4.

Nəhayət, sonuncu hissədə taekvondoçumuz hesabı öz xeyrinə dəyişə bilib – 12:8.

Beləliklə, R.İsayev yarımfinala yüksəlib. Bu mərhələdə o, Böyük Britaniya təmsilçisi Mahama Ço ilə qarşılaşacaq.

X X X

20:00

Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları davam edir.

Trend-in məlumatına görə, yarışların 15-ci günündə Azərbaycan taekvondoçusu Radik İsayev mübarizəyə qoşulub.

80 kq çəki dərəcəsində yarışan təmsilçimiz 1/8 final mərhələsində Qazaxıstan idmançısı Ruslan Japarovla qarşılaşıb.

Taekvondoçumuz 11:2 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

1/4 finalda R.İsayevin rəqibi koreyalı Donqmin Ça olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti