...

Marina Durunda Rio-2016-da çıxışını başa vurdu (YENİLƏNİB-3)

Cəmiyyət Materials 21 Avqust 2016 00:27 (UTC +04:00)
Marina Durunda Rio-2016-da çıxışını başa vurdu
Marina Durunda Rio-2016-da çıxışını başa vurdu (YENİLƏNİB-3)

Gimnastımızın digər çıxışlarının nəticəsi əlavə olunub (ilk xəbər avqustun 20-si saat 22:42-də yayılıb)

Bakı. Trend:

Azərbaycan idmançısı Marina Durunda Rio-2016-da bədii gimnastika yarışlarının finalında sonuncu hərəkəti yerinə yetirib.

Trend-in məlumatına görə, lentlə hərəkətlər üzrə 4-cü tapşırığı yerinə yetirən təmsilçimiz hakimlərdən 17.541 xal alıb.

Beləliklə, Olimpiadada debüt edərək finala yüksələn gimnastımız çıxışını başa vurub.

X X X

23:47

Azərbaycanı Rio-2016-da bədii gimnastika yarışlarında təmsil edən Marina Durunda finalda üçüncü tapşırığı yerinə yetirib.

Trend-in məlumatına görə, idmançımız gürzlərlə hərəkətlərə görə 17.683 xal qazanıb.

X X X

23:12

Azərbaycanı Rio-2016-da bədii gimnastika yarışlarında təmsil edən Marina Durunda finalda ikinci tapşırığı yerinə yetirib.
 
Trend-in məlumatına görə, gimnastımız topla hərəkətlərə görə 17.54xal qazanıb.

X X X

22:42

Azərbaycan idmançısı Marina Durunda Rio-2016 Yay Olimpiya Oyunlarında bədii gimnastika üzrə çoxnövçülük yarışlarında mübarizəyə qoşulub.

Trend-in məlumatına görə, təmsilçimiz ilk çıxışında halqa ilə hərəkətləri yerinə yetirib. M.Durunda bu hərəkətlərə görə hakimlərdən 16.950 xal alıb.

Ümumilikdə, gimnastımız gürz, lent və topla hərəkətləri də yerinə yetirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti