...

Nazirdən bəzi azərbaycanlı atletlərin Rio-2016-da digər ölkələri təmsil etməsinə münasibət

Cəmiyyət Materials 22 Avqust 2016 20:40 (UTC +04:00)
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bəzi azərbaycanlı idmançıların Rio-2016-da digər ölkələri təmsil etməsinə münasibət bildirib.
Nazirdən bəzi azərbaycanlı atletlərin Rio-2016-da digər ölkələri təmsil etməsinə münasibət

Bakı. Trend:

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bəzi azərbaycanlı idmançıların Rio-2016-da digər ölkələri təmsil etməsinə münasibət bildirib.

Nazir jurnalistlərə müsahibəsində hazırda qloballaşan dünyada yaşadığımızı, bir çox insanların öz vətənlərini tərk edərək digər ölkələrdə məskunlaşdığını deyib: “Məsələn, Toğrul Əsgərovun rəqiblərindən biri kubalı olsa da, İtaliyanı təmsil edirdi. ABŞ-ı təmsil edən idmançı qızıl medal alaraq diziüstə Allaha dua etdi. Bir sıra ölkələr yığmaya Dağıstandan güləşçilər cəlb edir və s. Bizim idmançımız da Qazaxıstanı təmsil edərək qızıl medal qazandı. Eləcə də Ramil Quliyev Türkiyəni təmsil edirdi”.

A.Rəhimov burada bir qəbahət olmadığını bildirib: “Lakin bizim əsas məqsədimiz gənc, istedadlı azərbaycanlı idmançılar yetişdirməkdir və seleksionerlər onları aşkar edərək yığmaya cəlb etməlidirlər”.

Nazir bu gün Azərbaycanda yaşayan, burada məşq edən, medal qazanan legionerləri də dəstəklədiklərini və onları azərbaycanlı idmançılarla fərqləndirmədiklərini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti