...

Azərbaycan boksçusu: "Təəssüf edirəm ki, qızıl medal qazana bilmədim"

Cəmiyyət Materials 24 Avqust 2016 04:04 (UTC +04:00)
Azərbaycan boksçusu: "Təəssüf edirəm ki ,qızıl medal qazana bilmədim"
Azərbaycan boksçusu: "Təəssüf edirəm ki, qızıl medal qazana bilmədim"

Bakı. Ənvər Məmmədov - Trend:

"Təəssüf edirəm ki ,qızıl medal qazana bilmədim".

Trend-in məlumatına görə, bunu Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən idmançı, gümüş medalçı Lorenzo Sotomayor deyib.

Boksçumuz qeyd edib: "Olimpiada mənim üçün çox uğurlu keçdi. Azərbaycana medalla qayıtmaq istəyirdim, amma mən təəssüf edirəm ki, finalda hakimlərin ədalətsiz qərarı üzündən qızıl medal qazana bilmədim və Bakıya gümüş medalla qayıtdım".

Qeyd edək ki, Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən idmançılar bu gün Vətənə qayıdıblar.

Rio-2016-da Azərbaycan idmançıları ilk dəfə 18 medal qazanıblar: 1 qızıl, 7 gümüş və 10 bürünc medal. Həmçinin Azərbaycan Rio-de-Janeyro olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti