...

Azərbaycan taekvondoçusu : "Taekvondo federasiyasına mənə göstərdiyi böyük dəstəyə görə çox minnətdaram"

Cəmiyyət Materials 24 Avqust 2016 04:18 (UTC +04:00)
Azərbaycan taekvondoçusu : "Taekvondo federasiyasına mənə göstərdiyi böyük dəstəyə görə çox minnətdaram"
Azərbaycan taekvondoçusu : "Taekvondo federasiyasına mənə göstərdiyi böyük dəstəyə görə çox minnətdaram"

Trend-i buradan izləyin

Bakı. Ənvər Məmmədov - Trend:

"Taekvondo federasiyasına mənə göstərdiyi böyük dəstəyə görə çox minnətdaram" 

Trend-in məlumatına görə, bunu Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən idmançı, bürünc medalçı Patimat Abakarova deyib.

Abakarova qeyd edib: "Mən ilk görüşdə Serbiya  təmsilçisi ilə qarşılaşdım və əvvəki görüşlərimizdə mən qalib gəlsəmdə bu dəfə, nəsə alınmadı. Serbiyalı təmsilçi finala yüksəldikdə, mən də bürünc medal uğrunda mübarizəyə qoşula bildim. Digər rəqiblərimdə ciddi idi, amma mən onları üstələyə bildim".

Qeyd edək ki, Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən idmançılar bu gün Vətənə qayıdıblar.

Rio-2016-da Azərbaycan idmançıları ilk dəfə 18 medal qazanıblar: 1 qızıl, 7 gümüş və 10 bürünc medal. Həmçinin Azərbaycan Rio-de-Janeyro olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunub.

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti