...

TQDK-dan xəbərdarlıq

Cəmiyyət Materials 30 Avqust 2016 11:21 (UTC +04:00)
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.
TQDK-dan xəbərdarlıq

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, 30 avqust saat 11:00-a olan məlumata əsasən, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan 6838 abituriyentdən 5526 nəfəri qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib. 1312 abituriyent qeydiyyatdan keçməyib.

Qeydiyyat bu gün saat 17:00-dək davam edəcək. Göstərilən vaxtadək abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti