...

Milli Antidopinq Agentliyi yaradılır

Cəmiyyət Materials 28 Oktyabr 2016 17:01 (UTC +04:00)
Dopinqlə bağlı qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Milli Antidopinq Agentliyi yaradılır

Bakı. Elçin Mehdiyev – Trend:

“İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, qanun layihəsi haqqında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib. Onun sözlərinə görə, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlanan “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir.

Dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, bu zaman aşkarlanmış pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər layihədə əksini tapıb.

Qanun layihəsinə əsasən, Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur. Eyni zamanda, bu agentlik nəzdində Apelyasiya Komissiyasının, İdman Arbitrajının yaradılması təklif edilir.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti