...

Allahşükür Paşazadə Rusiya Patriarxı ilə görüşəcək

Cəmiyyət Materials 18 Noyabr 2016 12:25 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 21-də Moskva və bütün Rusiya Patriarxı Kirilin dəvəti ilə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə yola düşəcək.
Allahşükür Paşazadə Rusiya Patriarxı ilə görüşəcək

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 21-də Moskva və bütün Rusiya Patriarxı Kirilin dəvəti ilə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə yola düşəcək.

Bu barədə Trend-ə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Səfər Patriarx Kirilin 70 illik yubiley tədbirlərində iştirak etmək məqsədilə həyata keçirilir. Noyabrın 23-dək davam edəcək səfər müddətində QMİ sədri A.Paşazadə Patriarx Kirillə təkbətək görüşəcək, habelə yubileyə həsr olunmuş genişmiqyaslı təntənəli qəbul və mərasimlərdə iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti