• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Səhiyyə Nazirliyindən yeni tələbləri pozan həkimlərlə bağlı AÇIQLAMA

20 Dekabr 2016 09:53 (UTC+04:00)
  • 0
  • 0

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi (SN) həkimlər tərəfindən 2015-ci ilin noyabrın 6-dan etibarən qüvvəyə minən qərarın tələblərinin pozulmasına - reseptlərdə dərmanların təsiredici maddəsinin adının deyil, onun ticarət adının yazılmasına münasibət bildirib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov Trend-ə deyib ki, Səhiyyə Nazirliyi Kollegiyasının 21.10.2015-ci il tarixli 57 nömrəli qərarı ilə təsdiqlənmiş “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na əsasən, həkimlər xəstələrə resept yazarkən dərman vasitəsinin ticarət adını deyil, beynəlxalq patentləşdirilməmiş adını (təsiredici maddə adını) qeyd etməlidirlər. Aptekə müraciət edən vətəndaşa əczaçı tərəfindən reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada uyğun dərman vasitələri barədə məlumat verilməlidir. Vətəndaş isə reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada və büdcəsinə uyğun olaraq, dərmanın seçimini qiymətə və istehsalçıya görə özü etməlidir.

M.Süleymanov əlavə edib ki, həkimlərin bu qaydalara əməl etməməsi hallarını yalnız nəzarət tədbirləri zamanı aşkarlayıb aradan qaldırmaq mümkündür.

Tibb müəssisələrinin SN tərəfindən təsdiqlənmiş resept blankları ilə təminatı məsələsinə toxunan M.Süleymanov deyib ki, dövlət müalicə-profilaktika müəssisələri yeni resept blankları ilə SN tərəfindən təmin olunurlar:

"Özəl tibb müəssisələri isə yeni resept blanklarını Analitik Ekspertiza Mərkəzindən almalıdırlar. Yalnız bəzi özəl tibb müəssisələri tərəfimizdən edilən xəbərdarlıqlara baxmayaraq, hələ də yeni resept blanklarının alınması üçün Analitik Ekspertiza Mərkəzinə müraciət etməyiblər".

Qeyd edək ki, 2015-ci ilin noyabrın 6-dan etibarən qüvvəyə minən qərara əsasən, reseptlərdə dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı, yəni dərmanın təsiredici maddəsinin adı yazılmalıdır. Təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adı olmadığı halda (3 və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) resept blankında onun ticarət adı yazılmalıdır. Bu tələblərin tətbiqində məqsəd həm də həkimlərlə əczaçılıq şirkətləri arasında olan "sövdələşmənin" qarşısını almaqdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Murad Süleymanov
  • həkimlər
Digər xəbərlər
Bioloji aktiv maddələrin adlarını reseptə yazan həkimlər cərimələnəcək
Cəmiyyət 3 May 2018 13:05
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi: Həkimlərlə bağlı müraciətlər daxil olsa da...
Cəmiyyət 17 İyul 2017 11:33
Lazer prosedurlarının fəsadları - Kimlərə qadağan olunmalıdır?
Cəmiyyət 5 Fevral 2017 08:11
Əczaçılıq müəssisələrinin fəaliyyəti tənzimlənəcək - YENİ TƏLƏBLƏRLƏ
Cəmiyyət 13 Dekabr 2016 07:55
Analitik Ekspertiza Mərkəzinin direktoru: Təəssüf ki, ölkədə keyfiyyətsiz dərman vasitələri var (MÜSAHİBƏ)
Cəmiyyət 7 Dekabr 2016 07:59
Gələn ildən dərmanlarla bağlı yeni QADAĞA qüvvəyə minəcək
Cəmiyyət 5 Dekabr 2016 10:35
Xəbər lenti
İş axtaranlar! 5 dövlət orqanında 88 yer vakantdır
Gündəm 13:55
Şəki və Oğuz sakinlərindən ov tüfəngləri götürülüb
Hadisə 13:49
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb
Cəmiyyət 13:42
Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb (FOTO) (YENİLƏNİB)
Siyasət 13:35
Türkiyədə ardıcıl şəkildə planlaşdırılan terror aktlarının qarşısı alınıb
Dünya xəbərləri 13:28
Ekspert: Prezident İlham Əliyev xalqı narahat edən daha bir problemin həlli istiqamətində mühüm addım atdı
Siyasət 13:22
Gələn ildən sonsuz ailələr tibbi sığorta hesabına süni mayalanmanı edə biləcəklər
Cəmiyyət 13:16
Bakıda çoxmərtəbəli yaşayış binası sakinləri üçün “Kütləvi çıxarış” kampaniyası keçirildi (FOTO)
İqtisadiyyat 13:11
İmişlidə "Mercedes" piyadanı vurub öldürdü
Hadisə 13:02
Ən çox oxunanlar
Umayra Tağıyeva: Bakıda bu, ilk qar deyil, soyuq hava kütləsi isə Rusiyadan gəlib (ÖZƏL)
Umayra Tağıyeva: Bakıda bu, ilk qar deyil, soyuq hava kütləsi isə Rusiyadan gəlib (ÖZƏL)
Rusiyaya poçt bağlaması göndərənlərin nəzərinə – 30 faiz vergi qoyuldu
Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb
Azərbaycanda münaqişəli ailələrin sayı artır
Nəzər nöqtəsi
Ekspert: Prezident İlham Əliyev xalqı narahat edən daha bir problemin həlli istiqamətində mühüm addım atdı

Ekspert: Prezident İlham Əliyev xalqı narahat edən daha bir problemin həlli istiqamətində mühüm addım atdı

Dilçilik İnstitutunun direktoru: Dilimizdə əcnəbi sözlərdən yersiz istifadə əsas problemlərdəndir
Bəhruz Quliyev: AXCP və "Milli Şura"da toplaşan sözdə demokratlar dövlətin xalq üçün gördüyü işlərdən təlaşlanırlar
Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri