...

"İRƏLİ" 2017-ci il üçün strateji planlarını açıqlayıb

Cəmiyyət Materials 29 Dekabr 2016 13:56 (UTC +04:00)
“İRƏLİ” İctimai Birliyi 2017-ci il üçün strateji planlarını açıqladı.
"İRƏLİ" 2017-ci il üçün strateji planlarını açıqlayıb

Bakı. Trend:

“İRƏLİ” İctimai Birliyini əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasətinin uğurlu nəticələrindən biri kimi dəyərləndirə bilərik. 8 illik fəaliyyəti çərçivəsində bir çox proqramlara, genişmiqyaslı layihələrə, yüzlərlə tədbirlərə, video çarxlara və gənclər üçün online radioya öz imzasını atıb.

“İRƏLİ” İctimai Birliyi hər bir fəaliyyətini müəyyənləşdirdiyi 7 istiqamət üzrə həyata keçirir: dövlət gənclər siyasətinin inkişafında yaxından iştirak etmək, gənclərdə müasir düşüncə tərzini formalaşdırmaq, bütün sferalarında gənclərin təmsil olunmasını təmin etmək, onları ölkəmiz üçün layiqli vətəndaş kimi yetişdirmək, Azərbaycançılıq, dövlətçilik dəyərlərini qorumaq, Beynəlxalq platformalarda ölkə maraqlarını qoruyaraq rəqabətə davamlı gənclik yetişdirmək, ölkəmizin mədəni və tarixi irsini təbliğ etmək.

Ölkə səviyyəsində həyata keçirilən bir sıra beynəlxalq və dünya miqyaslı layihələrdə də “İRƏLİ”nin rolu olduğunu qeyd etmək mümkündür. Belə ki, “SAY: Support of Azerbaijan Youth” hərəkatı çərçivəsində həyata keçirilən layihələrlə Bakı2015 I Avropa Oyunları, Formula 1 Avropa Qran Prisi, 42-ci Ümumdünya Şahmat Olimpiadası və Azərbaycanın ev sahibliyi etdiyi bir sıra digər mötəbər tədbirlərdə öz üzvləri ilə birgə töhfə verib.

Növbəti il üçün dəyişdirilmiş struktura əsasən, fəaliyyətini davam etdirəcək olan “İRƏLİ” İctimai Birliyi əsas hədəfləri üzvlərlə iş sayəsində daha dərin və genişmiqyaslı layihə və tədbirlərin həyata keçirilməsi, region gənclərinin cəlb olunması və beynəlxalq arenada haqq səsimizin eşidilməsidir. 2017-ci il üçün hazırlanan strateji planlarda Bakı 2017 İslam Həmrəyliyi Oyunları, növbəti dəfə baş tutacaq Formula 1 Avropa Qran Prisi zamanı yenə töhvə vermək nəzərdə tutulan məsələlərdəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti