...

2016-cı ildə 397 çoxmərtəbəli binaya təbii qaz verilib

Cəmiyyət Materials 5 Yanvar 2017 15:44 (UTC +04:00)
Ötən il 397 çoxmərtəbəli binaya təbii qaz verilib.
2016-cı ildə 397 çoxmərtəbəli binaya təbii qaz verilib

Bakı. Trend:

Ötən il 397 çoxmərtəbəli binaya təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qurum 2016-cı ilin dekabr ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 39 çoxmərtəbəli binaya təbii qazın açılmasını təmin edib.

Ümumiyyətlə, ötən il ərzində 397 hündürmərtəbəli binanın qazının açılması təmin olunub ki, bu isə ümumilikdə 15580 mənzili əhatə edib.

“Azəriqaz” İstehsalat Birliyi bəyan edir ki, qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti