...

Sektor müdiri: İctimai münasibətlər hüquqi baxımdan tənzimlənməlidir

Cəmiyyət Materials 19 Yanvar 2017 12:54 (UTC +04:00)
Sosial şəbəkələrdə kim nə istəyir yazır, bir xaos hökm sürür.
Sektor müdiri: İctimai münasibətlər hüquqi baxımdan tənzimlənməlidir

Bakı. İlhamə İsabalayeva - Trend:

“Sosial şəbəkələrdə kim nə istəyir yazır, bir xaos hökm sürür. Hesab edirəm ki, bu ictimai münasibətlər hüquqi baxımdan tənzimlənməlidir”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov İnsan Hüquqları Komitəsinin bugünkü iclasında çıxış edərkən deyib.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov sosial şəbəkələrin, bloqerlərin fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanmasını vacib sayıb:

“Bu gün dünyada bloqerlərin fəaliyyəti başqa cür dəyərləndirilir və onların fəaliyyətinin sərhədləri müəyyən edilməyib. Ona görə də bu sahənin fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti