...

Bakıda 5 marşrutun dayanacağı dəyişdirildi

Cəmiyyət Materials 24 Yanvar 2017 16:55 (UTC +04:00)
Bakıda daha 5 marşrut xəttinin dayanacağı dəyişdirilib
Bakıda 5 marşrutun dayanacağı dəyişdirildi

Bakı. Samir Əli - Trend:

Bakıda daha 5 marşrut xəttinin dayanacağı dəyişdirilib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, yanvarın 24-dən etibarən Dəmir Yolu Vağzalının yanındakı meydan və yol asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar, Azadlıq prospektindən (C.Cabbarlının heykəli) Dilarə Əliyeva küçəsi ilə kəsişməyədək olan ərazi təmirə bağlanıb. Bununla əlaqədar, müntəzəm sərnişindaşıma ilə məşğlul olan bir sıra marşrut xətlərinin hərəkət istiqamətlərinə müvəqqəti dəyişiklik edilib.

Belə ki, edilmiş müvəqqəti dəyişikliyə əsasən, 8, 14, 1, 5, H1 (Exspress xətt) üzrə hərəkət edən avtobusların son dayanacağı kimi metronun "28 May" stansiyasının qarşısı deyil, Səməd Vurğun bağının qarşısı müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti