• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Binəqədidə 2 Fevral - Gənclər Günü qeyd edilib (FOTO)

3 Fevral 2017 11:18 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Fevralın 2-də Binəqədi rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon Təşkilatı və rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gənclər Günü qeyd edilib.

Binəqədi rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Millət vəkili Azay Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ülvi Mehdiyev, İslam Oyunlarının Təşkilat Komitəsinin katibi, Milli Olimpiya Komitələri ilə əməliyyatlar üzrə İdarənin rəhbəri Könül Nurullayeva, Azərbaycan Silahlı Qüvvələrinin zabiti, mayor Ramil Səfərov, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami, rayon gəncləri, İslam Həmrəyliyi Oyunlarının könüllüləri, “Ölkəmizi Tanıyaq” layihəsinin iştirakçıları, 2016-cı ildə ən yüksək balla ali məktəblərə qəbul olunmuş rayon gəncləri, Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri, Misir, Türkiyə, İndoneziya, Yəmən, ÇAD, Fələstin, İraq, İordaniyadan olan, ölkəmizdə təhsil alan tələbələr iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himni ilə açıq elan edilib. Daha sonra tədbirin aparıcıları 2 Fevral Gənclər Günü ilə bağlı geniş məlumat veriblər. Sonra çıxış edənlər Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, millət vəkili Azay Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ülvi Mehdiyev, İslam Oyunlarının Təşkilat Komitəsinin katibi, Milli Olimpiya Komitələri ilə əməliyyatlar üzrə İdarənin rəhbəri Könül Nurullayeva, Azərbaycan Silahlı Qüvvələrinin zabiti, mayor Ramil Səfərov, Azərbaycanda təhsil alan misirli tələbə Lokman Abdin “2 Fevral Azərbaycan Gənclər Günü”nün əhəmiyyətindən danışaraq, bu günün Ulu Öndərimiz tərəfindən gənclərə hədiyyə edildiyini diqqətə çatdırıblar. Natiqlər ölkə başçısı tərəfindən gənclər dövlət siyasətinə qiymət verildiyini vurğulayıb və bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyini və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını bildiriblər.

Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Gənclər Günü münasibətilə gəncləri təbrik etmiş və bildirmişdir ki, gənclik yeni nəsil deməkdir, kökünə bağlı, əcdadının yolu ilə gedən, milli, mənəvi dəyərlərinə, sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür. Bəli, çox böyük bir gücdür. Hansı ki, bu gün həmin gücə dövlətimiz güvənir və ölkəmizin bütün sahələrində həmin gücdən istifadə edilir. Çünki, zamanın hər parçasını millətinə, vətəni adına dəyərləndirən gənclik uca missiyaları çiyinlərində daşıyan xalq qəhrəmanlarıdır. Həm də gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var. Natiq çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu günün əhəmiyyətindən danışaraq dövlət gənclər siyasətinin uğurları haqqında geniş məlumat verib.

Çıxışlardan sonra “2 Fevral Azərbaycan Gənclər Günü” ilə bağlı rayonun ictimai, siyasi həyatında fərqlənən bir qrup Binəqədi gəncləri mükafatlandırılıb. Tədbirdə o cümlədən, Binəqədi rayonunda “Master-2 layihəsi çərçivəsində təcrübə müddətini uğurla bitirən ASAN könüllüləri mükafatlandırılıb. Mükafatlandırma mərasimindən sonra tədbir rayonun istedadlı gəncləri və incəsənət ulduzlarının iştirakı ilə bədii hissə ilə davam edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Binəqədidə 2 Fevral - Gənclər Günü qeyd edilib (FOTO)
  • Binəqədidə 2 Fevral - Gənclər Günü qeyd edilib (FOTO)
  • Binəqədidə 2 Fevral - Gənclər Günü qeyd edilib (FOTO)
  • Binəqədidə 2 Fevral - Gənclər Günü qeyd edilib (FOTO)
  • Binəqədidə 2 Fevral - Gənclər Günü qeyd edilib (FOTO)
  • Binəqədidə 2 Fevral - Gənclər Günü qeyd edilib (FOTO)
  • Binəqədidə 2 Fevral - Gənclər Günü qeyd edilib (FOTO)
  • Binəqədidə 2 Fevral - Gənclər Günü qeyd edilib (FOTO)
  • Məqalədə:
  • Binəqədi Rayon İcra Hakimiyyəti
Digər xəbərlər
Ayna Sultanova parkında görülən işlər və açılış tarixi bəlli oldu (ÖZƏL)
Gündəm 30 Sentyabr 15:24
Mir Cəlal Paşayevin ev muzeyi ziyarət edilib (FOTO)
Cəmiyyət 14 Noyabr 2018 20:49
Binəqədidə "Açıq mikrofon" - əhali ilə səyyar görüş keçirilib (FOTO)
Cəmiyyət 9 Noyabr 2018 12:11
Binəqədidə Beynəlxalq müəllimlər gününə həsr edilmiş tədbir keçirilib (FOTO)
Cəmiyyət 6 Oktyabr 2018 17:09
Binəqədidə 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib (FOTO)
Gündəm 1 Oktyabr 2018 14:53
Biləcəri qəsəbəsi sakinləri ilə səyyar görüş keçirilib (FOTO)
Cəmiyyət 28 Sentyabr 2018 14:20
Xəbər lenti
Bakıda kafedə yanğın baş verib
Hadisə 08:45
ABŞ Energetika Nazirliyi 2020-ci il üçün Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb
İqtisadiyyat 07:59
ABŞ, ordusunun bir hissəsini Əfqanıstandan çıxarmaq niyyətindədir
Dünya xəbərləri 07:13
"Olimpiya" manifesti auksiona çıxarılıb
Dünya xəbərləri 06:25
Məşhur olimpiya çempionu vəfat edib
İdman 05:27
ANAMA: Bu il 80 ədəd mina zərərsizləşdirilib
Cəmiyyət 04:26
Abşeronda əl qumbarası və partladıcı aşkar olunub (FOTO)
Gündəm 03:59
Zibilə atılan 70 min dollar yiyəsi tərəfindən tapılıb
Maraqlı 03:23
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
Hadisə 02:17
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat

Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat

ABŞ-ın əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi - Politoloq
Türkiyəli diplomat: ABŞ Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi hüquqi aspektdən məhrumdur
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri