Bakı. Trend:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DQİDK-nin müvafiq bölgə şöbəsinin də iştirak etdiyi qəbulda vətəndaşlar diqqətlə dinlənilib.
Müraciətlər əsasən dini icmaların dövlət qeydiyyatı və fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərə dini ədəbiyyatın verilməsi, Quran kurslarının təşkili və sair məsələlərlə bağlı olub.
Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib.