Bakı. Trend:
Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakının Pirallahı rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar sabah saat 07:00-dan etibarən gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.