Bakı. Elçin Mehdiyev - Trend:
28 May - Respublika Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən KİV nümayəndələrinin iştirakı ilə yürüş keçirilib.
Trend-in məlumatına görə, Dövlət Bayrağı Meydanından başlayan yürüş Saat qülləsində yekunlaşıb.
Tədbir iştirakçılarına diplomlar təqdim olunub.
Yürüşdə DTX-nin rəisi general-leytenant Mədət Quliyev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev də iştirak ediblər.