...

"Bakı Dövlət Universiteti" kitabı rus dilində nəşr olunub

Cəmiyyət Materials 8 İyun 2017 13:45
“Bakı Dövlət Universiteti” kitabı rus dilində çapdan çıxıb.
"Bakı Dövlət Universiteti" kitabı rus dilində nəşr olunub

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ərəfəsində “Bakı Dövlət Universiteti” kitabı rus dilində çapdan çıxıb.

Bu barədə Trend-ə BDU-nun Mətbuat və İnformasiya Şöbəsindən məlumat verilib.

BDU-nun rektoru, akademik Abel Məhərrəmovun müəllifi olduğu kitabda müsəlman Şərqinin ilk dünyəvi ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin keçdiyi çətin və şərəfli tarixi yol zəngin faktlar əsasında işıqlandırılır, universitetin fəaliyyət dövrləri ümumiləşdirilir, inkişaf istiqamətləri şərh olunur, müasir göstəriciləri, habelə universitetin ayrı-ayrı fakültələri, kafedraları və digər qurumları, universitetin görkəmli elm xadimləri və tanınmış məzunları haqqında ətraflı məlumat verilir.

Kitab müxtəlif sahədə çalışanlar və geniş oxucu kütləsi üçün dəyərli mənbədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti