...

Nizam Osmanov: Azərbaycan Silahlı Qüvvələri işğal altındakı əraziləri azad etməyə hazırdır

Cəmiyyət Materials 14 İyun 2017 10:46 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələri işğal altındakı əraziləri azad etməyə tam hazırdır.
Nizam Osmanov: Azərbaycan Silahlı Qüvvələri işğal altındakı əraziləri azad etməyə hazırdır

Bakı. Samir Əli - Trend:

Azərbaycan Silahlı Qüvvələri işğal altındakı əraziləri azad etməyə tam hazırdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-leytenant Nizam Osmanov deyib.

O bildirib ki, 2016-cı ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələri düşmən təxribatının qarşısını alarkən düşmənə sarsıdıcı zərbələr endirib:

"Bu, ordumuzun gücünü bir daha nümayiş etdirdi. Aprel döyüşləri nəticəsində işğaldan azad edilən ərazilərimizdə bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti